Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Ağdama səfər zamanı çəkilən video çəkilişlər ilə rəsmi “İnstagram” səhifəsində paylaşıb.
Video görüntülərdə Ağdam rayonun 27 il davam edən işğal müddətində hansı duruma gətirildiyi, dağıdılmış evlər, yararsız yollar və işğaldan azad edilmiş torpağımızda dalğalanan bayrağımız nümayiş edilir.
“Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN” – deyə, Mehriban Əliyeva paylaşdığı videonu şərh edib.