Fövqəladə Hallar Nazirliyi açıq məkanlarda da tibbi maskadan istifadə etməyi tövsiyə edib – VİDEO

Fövqəladə Hallar Nazirliyinin koronavirus (COVID-19) təhlükəsi ilə bağlı əhaliyə video müraciət edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazirlik son günlər ölkəmizdə yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının artması və hava şəraitinin infeksion və respirator xəstəliklərin yayılması üçün əlverişli olmasını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhalini ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, bu təhlükəli virusdan qorunmaq üçün müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

FHN özünüzün və yaxınlarınızın sağlamlığı və təhlükəsizliyi naminə çox sadə üç qaydaya əməl etmək kifayət olduğunu qeyd edib:

  • bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskadan istifadə edin;
  • başqa şəxslərlə minimum iki metr sosial məsafə saxlayın
  • əllərinizi tez-tez sabunla yuyun və ya spirt tərkibli məhlulla dezinfeksiya edin.

“Özünüzdə və yaxınlarınızda koronavirusa yoluxmanın əlamətlərini (hərarətin yüksəlməsi, boğazda qıcıqlanma və ağrı, quru öskürək, təngənəfəslik) müşahidə etdikdə dərhal təcili tibbi yardıma müraciət edin. Unutmayın: qaydalara biganəlik – həyatımıza təhlükədir!”, – deyə nazirlik xəbərdarlıq edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma