“Elektron ipoteka və kredit zəmanət” sistemi təsdiqedici sənədlərə dair məlumatlar tələb edəcək

“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.

Fərmana əsasən, “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik elektron sistemin funksiyalarına “6.3.11. investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkar investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün müraciət etdikdə, müvafiq təsdiqedici sənədlərə dair məlumatlar.” yarımbəndi əlavə olunmasını nəzərdə tutur.

Leave a Reply Cancel reply