AQTA qanuna zidd şəkildə istehlakçılara təqdim edilən bioloji əlavələrin satışını qadağan edəcək

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) müalicə üsulu kimi tövsiyə edilməsi və satılması ilə bağlı sahibkarlara və istehlakçılara müraciət edib.

TIME AQTA-ya istinadən bildirir ki, BFMQƏ-nin idxalı, ixracı, istehsalı, satışı, dövriyyəsi  Agentliyin nəzarəti ilə həyata keçirildiyi üçün sahibkarlara müraciətində, qanunvericiliyin tələbinə əsasən, onların istifadə təlimatında “Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz” ifadəsinin qeyd edilməsininin vacibliyini vurğulayıb.

AQTA eyni zamanda bildirib ki, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin bu xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bu tələblərdən irəli gələrək, bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) istifadə təlimatında hər hansı xəstəliyin adı, profilaktikası və müalicəsi məqsədilə istifadə edilməsi barədə məlumat və ya bu cür təəssürat yaradan ifadələrin göstərilməsinə yol verilmir:

“Bununla bağlı, sahibkarlara artıq bir neçə dəfə müraciət edilməsinə baxmayaraq, hələ də BFMQƏ-lərin xəstəliklərin müalicəsi və ya profilaktikası məqsədilə istifadə edilə biləcəyinə dair təəssürat yaratma cəhdləri müşahidə olunur ki, nəticədə istehlakçılar tərəfindən belə məhsullara dair yanlış fikirlərin formalaşması baş verir. Bir daha bildiririk ki, BFMQƏ-lər farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullar olsa da, onlardan istifadənin tək məqsədi qida rasionunun zənginləşdirilməsidir”

Agentlik sözügedən sahədə fəaliyyət göstərən sahibkarlara bir daha müraciət edərək bildirib ki, ölkəyə idxal olunan bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışı prosesləri mövcud qanunvericiliyin tələbləri çərçivəsində təmin edilməlidir. Qanunvericiliyin tələbləri pozulmaqla idxal edilmiş bioloji fəallığa malik qida əlavələrinin qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsinə və satışına yol verilməyəcək:

“Ölkə əhalisinin sağlam qida ilə təmin edilməsi və bu sahədə nəzarətin təşkili, sahibkarlıq subyektlərinin bu istiqamətdə təklif etdikləri məhsul və xidmətlərin yalnız istehlakçı hüquqlarının qorunmaqla dövriyyəyə buraxılması Agentliyin əsas fəaliyyət istiqamətlərindəndir.

Odur ki, sahibkarlıq subyektlərini bir daha bu sahədə qanunvericiliyin tələblərinə əməl etməyə çağırır, istehlakçıların nəzərinə çatdırırıq ki, bioloji fəallığa malik qida əlavələri dərman preparatları deyildir, hər hansı bir xəstəliyin profilaktikası və müalicəsində istifadə edilə bilməz, yalnız qida rasionunun zənginləşdirilməsi üçün istifadə edilən qida əlavəsidir”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma