Analitiklər səhmdarlara effektiv yatırım imkanları açıqlayıblar

Çərşənbə günü “Pfizer” və “Biotech” bildirdilər ki, üçüncü mərhələdə test məlumatları vaksinin “COVID-19” infeksiyanın qarşısının alınmasında 95% təsirli olduğunu göstərir.

TIME “İnvestaz”a istinadən bildirir ki, şirkətlər “FDA”da və dünyanın digər tənzimləyici orqanlarına dərmanın təsdiqlənməsilə bağlı müraciət hazırlayırlar.

Çərşənbə günü “Pfizer” səhmləri bahalaşdı, lakin bu yüksəliş həmin gün özünü oruyub saxaya bilmədi. Belə vəziyyətdə yaxın müqavimət 37 – 37.5 dollar qiymət səviyyəsində müşahidə olunmaqdadır. Əks istiqamətdə hərəkət olarsa, bu halda dəstək həddi 35.5 – 34.5 dollardır.

Çərşənbə günü, tənzimləyici orqanların “Boeing” “737 MAX” modelinin kommersiya fəaliyyətinə qayıtmasına icazə verdiyi haqqında bir xəbər ortaya çıxdı. Tənzimləyicilər bu modeli istismar edən hər bir Amerika aviaşirkəti üçün “737 MAX” pilotlarının təlim proqramının dəyişikliklərini təsdiq etməlidirlər.

Çərşənbə günü “Boeing” səhmləri 6% artdı və sonra geri çəkildi. Cümə günü məzənnə 199.5 dollar təşkil edirdi. Dəstək həddi sayılan 190 – 180 dollar intervalında qiymətli kağızların ucuzlaşma riski var.

Çərşənbə axşamı Tesla səhmlərinin dekabr ayında “S&P500” indeksinə daxil ediləcəyi məlum oldu. Bu, “S&P” indeksinin provayderi olan “Dow Jones Indices” tərəfindən açıqlanıb. Dörd rüb üçün gəlirlilik üzrə formal tələblər hesabatı ardıcıl olaraq təqdim olundu. Şirkət hələ yayda gəlir planını yerinə yetirdi, lakin provayder Tesla – nın gəlir strukturuna bir qədər şübhə ilə yanaşa bilərdi.

Çərşənbə axşamı və çərşənbə günü Tesla səhmləri 20% bahalaşdı. Cümə gününə olan məzənnə 490 dollar idi. Qiymətli kağızlar tarixi maksimum – 500 dollarla formalaşan müqavimət sahəsindədir. Artım istiqamətində irəliləyiş halında, qiymətin 540 dollar səviyyələrinə doğru hərəkət ehtimalı artacaq. Geriləmə halında, yaxın dəstək 460 – 440 dollar ətrafında müşahidə oluncaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma