Azərbaycanın Birinci vice-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqını ölkəmizin növbəti qələbəsi ilə təbrik edib.
TIME bildirir ki, dövlət rəsmisi şəxsi İnstagram akkauntunda Azərbaycan xalqını Ağdamın işğaldan azad edilməsi münasibəti ilə təbrik edib və xoş arzuları ilə paylaşıb:
“Əziz həmvətənlər, Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”