Ağdam işğaldan azad edildi: Bu hansı yeni iqtisadi imkanlar yaradır

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

TIME rəsmi mənbələrə istinadən bildirir ki, Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Yuxarı Qarabağ regionuna daxil olan Ağdam rayonu 1930-cu il avqustun 8-də yaranıb. Rayonun mərkəzi olan Ağdam şəhəri Bakıdan 362 km məsafədə yerləşir. Rayonun ümumi sahəsi 1.15 min km2-dir və rayonda 1 şəhər, 2 qəsəbə (Quzanlı, Açarlı) 123 kənd vardır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Ağdam rayonunun əhalisi 204000 (01 yanvar 2020-ci il tarixə) nəfər, rayonunun işğal olunmayan kəndlərində yaşayan əhalinin sayı isə 46569 nəfər təşkil edir.

Ağdam ağır, yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik rayondur. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91.3 hektar sahə isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarətdir. Kənd təsərrüfatı əsas bitkiçilik məhsullarının istehsalında ilk yerdə tərəvəz – 103 ton, daha sonra dənli və dənli paxlalılar- 53 ton (o cümlədən buğda- 45 ton) və şəkər çuğunduru – 20 ton olmaqla qərarlaşıb (2018-ci il statistika məlumatlarına əsasən). Digər bitkiçilik məhsullarından isə pambıq, üzüm, meyvə və giləmeyvə, dən üçün günəbaxan, kartof və bostan məhsullarını göstərmək olar. Kənd təsərrüfatının heyvandarlıq məhsullarının istehsalında ət, süd, yumurta və yun məhsullarının payı geniş vüsət almış və xüsusilə isə süd məhsullarının üstünlüyü 36 ton olmaqla nəzərə çarpır (həmin ilin 1-i yanvar vəziyyətinə olan mal-qara və quşların sayı nəzərə alınmaqla).

Ağdam rayonun işğaldan azad edilməsi ilə yeni iqtisadi təşəbbüsləri özündə canlandırır. Rayon ərazisi bitkiçilik və heyvandarlıq üzrə fermer təsərrüfatlarının və aqroparkların yaradılması, sənaye məhəlləsinin formalaşdırılması, müalicəvi və idman turizminin inkişafı istiqamətində geniş perspektivləri özündə əks etdirir. Ağdam rayonu ticarət mərkəzinin də formalaşması üçün unikal perspektivə malikdir. Topdan və pərakəndə ticarət məntəqələrinin fəaliyyətə başlaması ilə rayon əhalisinin geniş məşğulluğunu təmin etmək mümkündür. Habelə, rayon ərazisi tikinti materiallarının istehsalı ilə əlaqədar keçmiş təcrübəyə malikdir. Şahbulaq yüksəkliyində yerləşən daş karxanasının işinin bərpa edilməsilə sözügedən sektorda canlanmanı bərpa etmək olar.

Ağdamdan olan həmvətənlərimizin sırasında xeyli sayda özünüməşğulluq proqramı iştirakçıları da var.

İndi sonsuz sevinc, qürur hissi ilə dədə-baba ocaqlarına qayıtmağa hazırlaşan həmin vətəndaşlar özünüməşğulluq proqramının dəstəyi ilə qurduqları ailə bizneslərini də Ağdama aparacaqlar. Kiçik ailə təsərrüfat və müəssisələrini öz rayonlarında genişləndirəcəklər.

Düşmən işğal etdiyi yurd yerlərimizdəki infrastrukturu vəhşicəsinə dağıdaraq yerlə-yeksan etsə də, artıq azad günlərinə qovuşan torpaqlarımız, o cümlədən Ağdam yenidən bərpa olunacaq, dirçələcək, abadlaşacaq. Həmin bölgələrdə sosial-iqtisadi həyat yenidən canlanacaq, inkişaf edəcək.

Özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfat və müəssisələr də bu prosesə öz töhfəsini verəcək.

Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma