“Qarabağın məşhur müəllimləri” – Zakir Bağırov

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması Zakir Bağırovdur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, o, 1929-cu ildə Şuşada doğulub. 1953-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib və fəlsəfə kafedrasında pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb.

Mədəniyyət tariximizdə özünəməxsus  yeri olan Zakir Bağırov uzun müddət Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışıb. Hər kəs bu gün onun adını – humanist xarakterli, daim yaradıcı təfəkkürlə yaşayıb-işləyən  mədəniyyət nazirini üzündə ilıq bir təbəssümlə xatırlayır. Zakir Bağırov nazir olduğu dövrdə mədəniyyətimizin inkişafı üçün çox işlər görüb. Onun təşəbbüsü ilə Bakıda müasir tələblərə cavab verən Bakı Xoreoqrafiya Məktəbi tikilib. Bir sıra mədəniyyət ocaqları təmir edilib, yeni orkestrlər yaranıb, Mahnı Teatrı təşkil olunub.

Qeyd edək ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma