Maska taxmayan vətəndaşlar məsuliyyətə cəlb olunacaq

Azərbaycan Respublikasının Nazirlər Kabineti ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi ilə bağlı qərar qəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qərara əsasən açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.

Bu Qərarın tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Qərarda nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

Qərar 2020-ci il 21 noyabr tarixindən qüvvəyə minir.

Leave a Reply Cancel reply