Rusiya Qarabağla bağlı bütün məsələlərə aydınlıq gətirib – VİDEO

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibə verib və Qarabağla bağlı razılaşmanın əsas məqamlarına aydınlıq gətirib.

TIME bildirir ki, müsahibədə Rusiya Prezidenti birmənalı olaraq Beynəlxalq hüquqa görə, Qarabağın həmişə Azərbaycanın ayrılmaz hissəsi olduğunu qeyd edib.

Ermənistanda son günlər baş verən ixtişaşlardan və imzalanmış razılşamanın müddəalarını yerinə yetirməkdən imtina etmək çağırışlarından bəhs edərək Vladimir Putin  qeyd edib ki, Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi ölkə üçün intihar olar və ümumiyyətlə hazırki vəziyyətdə ölkənin daxilində hər hansı parçalanmaya yol verilməsi  böyük səhv olar.

Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu məsələyə müdaxilə edə bilməz, çünki heç kim Ermənistana təcavüz etmir.

Türk ordusunun regionda keçiriləcək monitorinqlərdə iştirakı haqda bəhs edərək, Rusiya Prezidenti bildirib ki, Azərbaycan müstəqil ölkədir və onun münaqişə zonasında müşahidəçiləri seçmək hüququ var  və Bakı özü monitorinq mərkəzinin harada yerləşəcəyinə qərar verəcək.

V.Putin bildirib ki, Qarabağdakı Rusiya Federasiyasının sülhməramlı kontingentinin sayı kifayət qədərdir: “Sülhməramlıların sayının artırılması yalnız tərəflərin razılığı əsasında mümkündür”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma