Azərbaycanda koronovirusdan vəfat edənlərin sayı son bir ayda 2 dəfədən çox artıb

Azərbaycanda koronovirusdan (COVID-19) son bir ayda ölənlərin sayı 2 dəfədən çox artaraq 214 nəfər təşkil edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, son bir ayda 20 447 yeni yoluxma faktı qeydə alınıb, 8871 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 214 nəfər vəfat edib.

Virusun coğrafi lokasiyasına nəzər saldıqda görürük ki, virusun ən çox yayıldığı ərazilər hələdə Bakı və Abşeron rayonudur, lakin son bir ayda Bakıda və Abşeronda vəziyyət nisbətən yaxşılaşıb və virusun yayılma səviyyəsi  müvafiq olaraq 1,7% və 0,7% azalaraq artıq 53,5% və 13,8% təşkil edir. Aran rayonlarında yoluxma statistikası hesabat dövründə əksinə 0,7% artaraq 11,3% təşkil edib. Gəncə-Qazax zonasında virusa yoluxma sayı 0,5% artaraq ölkə üzrə ümumi yoluxma sayının 7,2% təşkil edib, Lənkəranda vəziyyət dəyişməyib və ötən ay olduğu kimi 4% təşkil edir. Şimal zonasında virusa yoluxma halları nisbətən daha az olmasına baxmayaraq (0-3%-dək), burada da son bir ayda cüzi artım müşahidə olunub.

Belə ki, Şəki-Zaqatala zonasının payına ölkədə ümumi yoluxanların sayının 3,3% (+0,4%), Quba-Xaşmaz zonasının payına – 3,2% (+0,7), Dağlıq Şirvanın – 1,9% (+0,3), Yuxarı Qarabağın – 1% (-0,1%), Naxçıvanın – 0,06% (-0,02)  təsadüf edir.

Bakıda virus daha çox Binəqədi (14,7%), Xətai (12,7%), Yasamal (11,6%), Sabunçi (11,3%) rayonlarında yayılıb. Bakıda virusun ən az yayıldığı ərazilər Pirallahı (0,3%) və Səbayildır (4,8%).

Qeyd edək ki, ən çox yoluxma halları 50-59 (21%) və 30-39 (18%) yaş qrupuna aid olan insanlarda müşahidə edilir, lakin 60-69, 40-49 və 20-29 yaşında insanlar arasında da virusa yoluxanlar azlıq təşkil etmir bu yaş qruplarında virusa yoluxma halları müvafiq olaraq 16%, 15% və 14% təşkil edir.

Uşaqlar və yeniyetmələr arasında virusun o qədər də çox yayılmadığı deyilsə də, Azərbaycanda statistik göstəricilərə əsasən demək olar ki, 0-19 yaşadək azyaşlı və yeniyetmələrin arasında yoluxma hallarının toplam olaraq  ümumi yoluxma sayında payı son bir ayda 2% azalaraq  11% təşkil edib və  mütəxəssislərin müşahidələrinə görə bu qrupa aid olanlar virusu daha yüngül və fəsadlarsız keçirirlər.

Ən az yoluxma halları 70-80 yaşlı ahıl insanlar arasında rast gəlinir – cəmi 6%, lakin bu qrupa aid olan insanların daha çox xroniki xəstəliyi olduğu üçün onlar xəstəliyi daha ağır keçirirlər.

Ümumi yoluxanların sayında 54%-i qadınlar, 46%-i kişilərdir, və bu dünyada müşahidə olunan statistika ilə ziddiyyət təşkil edir. Belə ki, dünyada bir çox ölkələrdə kişilər arasında virusun yayılmasına və vəfat etməsinə daha çox müşahidə olunur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma