“Qızıl hərflərlə yazılan tarix!” respublika onlayn rəsm müsabiqəsinə start verilib

Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 16 noyabr – 11 dekabr tarixlərini əhatə edən “Qızıl hərflərlə yazılan tarix!” respublika onlayn rəsm müsabiqəsinə start verilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlarda Vətənə sevgi və məhəbbət hissi aşılamaq, təsviri sənət üzrə istedadlı uşaq və gəncləri aşkar etməkdən ibarətdir.

Müsabiqənin 3 yaş qrupu (6-9,10-13,14-17) üzrə keçirilməsi nəzərdə tutulub. Respublika üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri müsabiqədə iştirak edərək 1 iş təqdim edə bilər.

Müsabiqəyə qatılmaq istəyənlər özləri barədə məlumatı (adı, soyadı, atasının adı, təvəllüdü, oxuduğu məktəb, sinif, məşğul olduğu müəssisənin şəhər (rayon) UGİM və iştirakçının əlaqə vasitəsi) hazırladıqları işlə birgə 30 noyabr 2020-ci il tarixinə kimi intiqam1962@mail.ru elektron poçt ünvana göndərməlidirlər. Həmçinin müsabiqə ilə bağlı +99450-426-01-53, +99450-367- 47-04 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.

Hər yaş qrupu üzrə qaliblər müsabiqənin Təşkilat Komitəsinin seçdiyi Münsiflər Heyəti tərəfindən müəyyən edilməklə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Qalib işlər geniş işıqlandırılacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma