Şagirdlərin elektron yerdəyişməsinə start verilib

Bu gün, noyabrın 16-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün http://www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Leave a ReplyCancel reply