Kənd Təsərrüfatı Nazirliyi nəyə görə fermerlərə subsidiya verməyə bilər?

Kənd Təsərrüfatı Nazirliyi məhsul subsidiyası alan – pambıq, şəkər çuğunduru və tütün istehsal edən fermerlərə müraciət edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müraciətdə qeyd edilib ki, fermerlər satdıqları məhsulla bağlı məlumatların tədarükçü tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində yerləşdirildiyinə əmin olmalıdırlar. 

Bunun üçün satılan məhsulun həcmi və məbləğini təsdiqləyən alqı-satqı müqaviləsini və qəbzləri tədarükçülər EKTİS-ə yükləməlidirlər.

“Pambıq, şəkər çuğunduru və tütün istehsalçıları hansı tədarükçüyə və nə qədər məhsul satması barədə məlumatı özləri də EKTİS-ə daxil edirlər. Lakin bu məlumatları mütləq tədarükçülər təsdiqləməli və ya özləri birbaşa sistemə daxil etməlidirlər. Əks halda, bu istehsalçılara məhsul subsidiyası hesablaya və ödəyə bilməyəcəyik” – Aqrar Kredit və İnkişaf Agentliyindən belə bildirilib.

Qeyd edək ki, 2020-ci ildən başlayaraq bütün aqrar subsidiyalar EKTİS üzərindən müraciət əsasında Fermer Kartına ödənilir. EKTİS həm kənd təsərrüfatı məhsulları istehsalçılarının, həm təchizatçı və tədarükçülərin, həm də fermerlərə xidmət göstərən baytar, süni mayalanma mütəxəssislərinin qeydiyyatdan keçib, bir-biri ilə əlaqə qura bildiyi vahid aqrar platformadır.

2020-ci ilin subsidiya əmsallarına uyğun olaraq, fermerlərə dövlət büdcəsi hesabına tədarükçüyə təhvil verilən pambığın hər tonu üçün 100 manat, quru tütünün hər tonu üçün 50 manat, yaş tütünün hər tonu üçün 5 manat, şəkər çuğundurunun isə hər tonu üçün 4 manat subsidiya ödənilir.

Məhsul subsidiyası müəyyən edilmiş bitkilər üzrə məhsuldarlığın təşviqinə yönəlib. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma