Ermənistan məkrli siyasətinə davam edir və hələdə möcüzə gözləyir

Ermənistan məkrli siyasətinə davam edir, bu ölkənin vətəndaşları Azərbaycanın göstərdiyi humanizmə rəmən onlara üsulluca köçmək üçün verilən vaxtı işğal azad edəcəkləri torpaqlarda meşələri, evləri yandırırlar. Onlar vaxtı uzatmaqla, meydan oxuyan davranışları ilə oyunu pozmağa, əldə edilmiş razılaşmalara son qoymağa çalışırlar,  hələdə  möcüzə gözləyirlər…   

TIME bildirir ki, bu qənaətə ötən gün Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin brifinqdə verdiyi məlumatları eşitdikdən gəlmək olar.

Belə ki, Ermənistan Azərbaycanı qıcıqlandırmaq, əhali arasında inamsızlıq yaratmaq, ordumuzu ruhdan salmaq üçün yenə vaxt uzadır və Kəlbəcərin tam təhvil verilməsi üçün bir qədər vaxt istəyib.

Hikmət Hacıyevin sözlərinə əsasən, ermənilərin bəyanatda qeyd edilən rayonlarda təhvil verilmə işləri davam edir. Ermənistan Rusiya vasitəsilə Azərbaycandan 25 noyabra qədər vaxt istəyib.

“Bəyanatın tələblərindən biri noyabrın 15-dək Kəlcəbərin təhvil verilməsi idi. lakin Ermənistan tərəfi Rusiya vasitəsilə bu vaxtın uzadılması üçün müraciət edib. Buna görə də Azərbaycan tərəfi humanizmdən çıxış edərək noyabrın 25-dək Kəlbəcərin təhvil verilməsinə razılıq verib. Ermənistan Kəlbəcərin tam boşaldılması üçün vaxtı Kəlbəcərin relyefi, yolun dar olmasını səbəb gətirərək istəyib”.

Hazırda Azərbaycan Ermənistan silahlı qüvvələrinin və mülki əhalinin işğal edilmiş ərazilərimizi təhvil verməsi prosesini ölkəmizin malik olduğu texnoloji imkanlar da tətbiq olunaraq izləyir ki, öhdəliklər vaxtında icra edilsin.

H. Hacıyev onuda vurğulayıb ki, Kəlbəcər əsgərlərmizin həyatını qoruyaraq, şəhid vermədən, qan tökülmədən işğaldan azad edilir. Ağdam və Laçının da tezliklə qan tökülmədən işğaldan azad edilməsi nəzərdə tutulur.

“Qrafikə uyğun olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilər təhvil verilir. Ağdamın 20 noyabr, Laçının isə təhvil verilməsi üçün nəzərdə tutulan vaxt dekabrın 1-dək olduğu kimi saxlanılır”, deyə dövlət rəsmisi qeyd edib.

Qeyd edək ki, hazırda Azərbaycan vətəndaşlarından birazda səbr və təmkin tələb olunur ki, əldə edilmiş razılaşmalar tam şəkildə qüvvəyə minsin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma