“Qarabağın məşhur müəllimləri” – Cabbar Qaryağdıoğlu

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması Cabbar Qaryağdıoğludur.

TIME Təhsil Nazirliyinə istinadən bildirir ki, 1861-ci ildə Şuşada “Seyidli” məhəlləsində anadan olub. Azərbaycan milli musiqi mədəniyyəti tarixində Cabbar Qaryağdıoğlunun özünəməxsus yeri var.

O, təkcə xanəndə olmayıb, həm də istedadlı bəstəkar və şair kimi tanınıb. Azərbaycan xanəndəlik sənətinin yeni bir mərhələsi onun adı ilə bağlıdır. Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub.

Cabbar Qaryağdıoğlu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırılır. Onun oxuduğu muğam və xalq mahnıları Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir.  Cabbar Qaryağdıoğlunun ölkəmizdə opera sənətinin meydana gəlməsində də rolu böyükdür, opera səhnəmizin ilk aktyoru məhz odur. O, həm böyük sənətkar, həm də qayğıkeş müəllim idi. Şagirdlərinin qayğısına qalar, onlara səslərini qorumağı tövsiyə edərdi: “Səs və gözəllik Allah vergisidir. Gərək onların qədrini biləsən. Birinci növbədə səsini qorumalısan”.

Qeyd edək ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma