Ombudsman jurnalist yazıları müsabiqəsi elan edir

Ombudsman 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar – hamı üçün!” mövzusunda jurnalist yazılarının ənənəvi müsabiqəsini keçirir.

TIME rəsmi mənbəyə  istinadən bildirir ki, bu ilki müsabiqəyə təqdim olunacaq jurnalist yazılarında torpaqlarımızın işğaldan azad olunması, məcburi köçkünlərin öz doğma torpaqlarımıza qayıtması mövzusuna müraciət edilməsini tövsiyə edirik.

Müsabiqə üçün yazılar 01 dekabr 2020-ci il saat 18:00-dək Ombudsman Aparatına (Ü.Hacıbəyli küçəsi, 80, Hökumətevi, II qapı) təqdim edilməlidir.

Müsabiqəyə ünvanlanmış yazıların respublikamızda çıxan hər hansı bir qəzet və ya saytda dərc olunması və müəlliflərin özləri haqqında anketi (müəllif barədə qısa məlumat, əlaqə telefonları, bir ədəd 4×5 ölçüdə fotoşəkil) dolduraraq göndərməsi mütləq şərtdir.

Anket formasını aşağıdakı linkdən yükləmək mümkündür:

https://ombudsman.az/az/view/news/2231/jurnalist-yazilari-musabiqesi-ile-bagli-elan

Əlaqə nömrəsi: 493-94-68

Leave a Reply