Azərbaycanın mülki əhalisinə və obyektlərinə 30 mindən artıq mərmi atılıb – Hikmət Hacıyev

Sentyabrın 27-dən Ermənistanın Azərbaycanın mülki əhalisini və obyektlərini atəşə tutması nəticəsində Azərbaycanın mülki infrastrukturuna külli miqdarda ziyan dəyib.

TIME bildirir ki, bu məlumatı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə və obyektlərinə məqsədyönlü şəkildə 30 mindən artıq mərmi, 227-dən artıq raket atılıb.

H.Hacıyev təəssüflə bildirib ki, Ermənistan silahlı qüvvələri yalnız təmas xəttində mülki əhalini və obyektləri atəşə tutmaqla kifayətlənməyərək cəbhə zonasından xeyli kənarda yerləşən şəhərlərimizi, o cümlədən Gəncəni, Mingəçeviri, Xızını və digər şəhərlərimizi ballistik raketlərdən atəşə tutub.

Ermənilərin bu vandalizm və barbarizm əməlləri nəticəsində 90-dan artıq mülki vətəndaşımız həyatını itirib və 400-dən artıq vətəndaşımız isə yaralanıb.

Administrasiya rəsmisi deyib ki, 27 sentyabr tarixindən indiyə qədər dəymiş ziyanın qiymətləndirilməsi üçün yerlərə beynəlxalq və yerli qurumlar cəlb olunacaq. Ümumi nəticəyə gələcək rəqəmlər beynəlxalq ictimaiyyətə də təqdim olunacaq.

H.Hacıyev qeyd edib ki, bütün bunlar qiymətləndirildikdən sonra vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması istiqamətində lazımi tədbirlər görüləcək. Bunlar hamısı Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin nümunəsidir.

Qeyd edək ki, noyabrın 12-də Azərbaycan Respublikasının Baş naziri Prezidentin tapşırıqlarının həyata keçirilməsini təmin etmək üçün müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən 3 qrup yaradılıb:

  • Nazirlər Kabineti Aparatı üzrə Koordinasiya qrupu;
  • Aidiyyəti dövlət orqanlarının rəhbərlərinin müavinlərindən ibarət tərkibdə müvafiq sahələrə rəhbərlik üzrə İşçi qrupu. Buraya daxildir: İqtisadiyyat nazirinin müavini, Fövqəladə Hallar nazirninin müavini, Baş Prokurorun müavini, Kənd təsərrüfatı nazirliyinin, ASAN xidmətin nümayəndələri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini və Maliyyə Nazirliyi Aparatının rəhbəri;
  • Aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət tərkibdə işçi qruplar.

Bütövlükdə, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli və Cəbrayıl, Goranboy və Naftalan, Gəncə, Mingəçevir rayon və şəhərləri üzrə 11 işçi qrupu yaradılıb. Tərtər rayonu üzrə dəymiş ziyanın miqyasını nəzərə alaraq 3 işçi qrupu formalaşdırılıb.

Evində yaşayışın mümkün olmadığı vətəndaşlar müvafiq mənzillərdə yerləşdiriliblər.

Qiymətləndirməni həyata keçirmək məqsədilə yerli özəl qiymətləndirmə şirkətlərinin də prosesə cəlb olunacaq.

Eyni zamanda dəymiş ziyanın qiymətləndirilməsi üçün xarici şirkətlərin də cəlb olunması istiqamətində XİN tərəfindən iş aparılır.

Xarici işlər Nazirliyi Prezidentin Sərəncamından irəli gələn tapşırığa əsasən vurulmuş “ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair məlumatlarla beynəlxalq institutları təmin edəcək və bu istiqamətdə iş aparılır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma