Rabitə qurumları internet məhdudiyyətinin aradan qaldırılması ilə bağlı əmri gözləyirlər

Azərbaycanda internet xidmətlərinə tətbiq edilən məhdudiyyətlər hələdə qüvvədədir.

TIME bildirir ki, yerli mətbuatda bu gündən etibarən internetə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı rəsmi mənbəyə istinadən yer almış xəbərlər hazırda hələ də öz real təqdiqini tapmayıb.

Qeyd edək ki, hazırda Azərbaycan ərazisində Facebook, Instagram, Twitter, YouTube, WhatsApp kimi  sosial şəbəkələrə çıxış məhdudlaşdırılıb, əhalinin çox hissəsi bu şəbəkələrə qoşulmaq üçün müxtəlif VPN əlavələrindən istifadə edir və bununla şəxsi məlumatlarının təhlükəsizliyini riskə atır.

Məhdudiyyət sentyabrın 27-dən etibarən, Dağlıq Qarabağ zonasının cəbhə bölgəsində hərbi əməliyyatlar başlandıqdan etibarən, ölkədə informasiya təhlükəsizliyini  təmin etmək məqsədi ilə tətbiq edilib.

Dünən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmilərinə istinadən yerli mətbuat bu gündən etibarən məhdudiyyətin aradan qaldırılacağını anons edib.

Lakin bu gün nazirliyə tabe olan qurumlar internetə tətbiq edilmiş məhdudiyyətin aradan qaldırılması ilə bağlı əmrin daxil olmadığını bildiriblər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma