İnternet məhdudiyyətinin aradan qaldırılması mem mövzusu olub – FOTO

Azərbaycanda internet xidmətlərinə tətbiq edilən 47 günlük məhdudiyyət nəhayət aradan qaldırıldı.

TIME bildirir ki, bu gün səhər saat 10.00-dan etibarən internetə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Sentyabrın 27-dən etibarən Azərbaycan ərazisində Facebook, Instagram, Twitter, YouTube, WhatsApp kimi  sosial şəbəkələrə çıxış məhdudlaşdırılmışdır. Nəticə olaraq qeyd edilən müddət ərzində əhalinin çox hissəsi sosial şəbəkələrə qoşulmaq üçün müxtəlif VPN əlavələrdən istifadə edirdi, bu isə şəxsi məlumatların təhlükəsizliyini riskə atırdı.

Məhdudiyyət Dağlıq Qarabağ zonasının cəbhə bölgəsində hərbi əməliyyatların başlanması ilə bağlı idi və ölkədə informasiya təhlükəsizliyini  təmin etmək məqsədi ilə tətbiq edilmişdir.

Qeyd edək ki, internetə tətbiq edilmiş məhdudiyyətin aradan qaldırılması nəticəsində əhalimizin sevinci qələbə sevincinə qarışaraq bu mövzuda yeni “Əziz internet, biz qayıdırıq. Əziz internet, sən azadsan. Cəhənnəmə getdi VPN, gorbagor oldu VPN” meminin yaranmasına səbəb olub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma