Azərbaycanlılar işğaldan azad olunan yurd yerlərinə kiçik biznesləri ilə qayıtmağa hazırlaşırlar-FOTO

Onlar Müzəffər Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi ərazilərimizdən olan özünüməşğulluq proqramı iştirakçılarıdır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Füzuli, Qubadlı, Zəngilan və Xocavənd rayonlarının sakinləri olan bu insanlar məcburi köçkün olduqları dövrdə proqrama cəlb edilərək aktivlərlə təmin olunub, öz  kiçik ailə bizneslərini yaradıblar. Yaxın zamanda doğma torpaqlarına öz ailə biznesləri ilə qayıdacaqlarının sevincini yaşayırlar və ata-baba yurdlarında təsərrüfatlarını gələcəkdə daha da genişləndirəcəklərinə əmindirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramının icrası zamanı əlilliyi olan şəxslər, şəhid ailələri, ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplarla yanaşı, məcburi köçkünlərə də üstünlük verilir. Bu ilin ötən dövründə də proqrama cəlb olunanlardan 1330 nəfəri məcburi köçkünlər olub.

Leave a Reply Cancel reply