Məsafədən iş rejimi zamanı kibertəhlükəsizliyinizi qoruyun!-TƏLİMAT

Təcrübə göstərir ki, məsafədən iş rejiminə keçid nəticəsində kibertəhlükəsizlik sahəsində risklər əhəmiyyətli dərəcədə artıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müəssisələrin məsafədən iş rejiminə keçidə tam hazırlıqlı olmadığından kibercinayətkarlar mövcud olan IT təhlükəsizlik boşluqlarından yararlanmağa çalışırlar. Odur ki, məsafədən işin düzgün təşkili və bu prosesdə kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi olduqca vacibdir.

Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən “Məsafədən iş rejimi zamanı kibertəhlükəsizliyin təmin edilməsinə dair təlimat” hazırlanıb.

Məsafədən iş rejimində çalışan müəssisə və əməkdaşlardan qeyd olunan Təlimatda göstərilən qaydalara əməl etmələri tövsiyə olunur.

Leave a Reply Cancel reply