Azərbaycan oktyabrda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib

2020-ci ilin oktyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 675,2 min barrel olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunun 587 min barrelini xam neft, 88,2 min barrelini isə kondensat təşkil edib.

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Bununla da Azərbaycan oktyabr ayında “OPEC plus” üzrə xam neft hasilatını orta günlük 587 min barrel həcmində icra etməklə, “OPEC plus” üzrə öhdəliyini 100 faiz yerinə yetirib.

Qeyd edək ki, 12 aprel tarixli “OPEC plus” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edir.

Leave a Reply Cancel reply