Qafqaz Albaniyasının maddi-mədəni irsinə aid olan abidə Laçın rayonunun Qarqışlaq kəndində yerləşir və XI əsrə aiddir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Məbəd Qafqaz Albaniyasının maddi-mədəni irsinə aiddir. Məbəd binası yerli daşlardan hündür dağlıq ərazidə inşa edilmişdir. Bunun da səbəbi artıq İslamın yayıldığı bir dövrdə məbədi kənar təsirlərdən qorumaq olmuşdur. Məbədin giriş qapısı uzərində böyük alban xaçı həkk edillib.
Laçın rayonu 1992-ci ildə Ermənistan tərəfindən işğal edildikdən sonra abidənin hazırki vəziyyəti məlum deyil.
Qarabağ abidələrindəki epiqrafik məlumatlardan və təsviri incəsənət motivlərindən Cənubi Qafqazda Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamış qədim türk tayfalarının məskunlaşmasını müəyyən etmək olar. Laçın rayonunun Malıbəy, Güləbird, Cicimli kəndlərində at heykəlli qəbir daşlarında günəş simvolunun və əlində quş tutmuş insanın təsvirləri vardır. Məlumdur ki, Humay quşu qədim türk xalqlarının tanrısı olmuşdur və bunun abidələrin üzərində təsviri, güman ki, abidələri dağılmaqdan qorumaq məqsədi daşıyırdı. Laçın rayonunun Cicimli kəndində 1790-1791-ci ildə çaylaq daşından düzbucaqlı planda tikilmiş məscid binası da olmuşdur.
Qarıqışlaq kəndində yerləşən XI əsrə aid Dəmirovlu piri ilə yanaşı Laçında Ağoğlan məbədi və bu məbədə gedən yolun sağında XVI əsrin at heykəlli və sənduqə formalı qəbir daşları vardır. Həmçinin, Laçın rayonunda Məlik Əjdər türbəsi, Mirik kəndində XV əsrə aid Alban məbədi, Minkənddə XV əsrə aid məbəd, Ərikli kəndində XVI əsrə aid Qarasaqqal türbəsi vardır.
Rayonun ərazisində ümumilikdə 16 Tarixi-dini abidə, 24 Ziyarətgah və 26 Tarixi memarlıq abidəsi var.