Bu gün radio və televiziya işçilərinin peşə bayramıdır- TARİXƏ SƏYAHƏT

6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.

Milyonlarla insan hər gün radio və televizorun köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən xəbər tutur. Səs və görüntülər uzaq məsafələrə xüsusi cihazlar və peyk antenaları vasitəsilə ötürülür.

TIME rəsmi mənbələrə istinadən bildirir ki, ilk dəfə 1895-ci ildə rus fiziki A. S. Popov radioqəbuledici və radioötürücü aparatı icad etmişdir. Avropada isə radionun kəşfi çox vaxt italyan alimi Qulyelmo Markoniyə aid edilir. O vaxtdan radio zəruri rabitə vasitəsinə çevrilmişdir. Televizorun (yunanca “tele” – uzaqlıq, latınca “vizor” – görmə sözlərindəndir) ixtirası isə bir qədər sonraya – XX əsrin 20-30-cu illərinə təsadüf edir.

1933-cü ildə amerikalı mühəndis rus mənşəli Vladimir Zvorikin televizorun əsas hissələrindən biri olan ötürücü qurğunu ixtira etdi. 30-cu illərin ortalarından televiziya verilişlərinin yayımı başlandı. İlk televiziya verilişi 1936-cı ildə Londonda olmuşdur.

1939-cu ildə ABŞ mühəndisləri A. Roze və X. Yoms tərəfindən televiziya ötürücü trubkası (optikon) ixtira edildi. Avropada yalnız 50-ci illərdə televiziya geniş yayılmağa başladı. Azərbaycanda radionun tarixi XX əsrin 20-ci illərindən başlayır. Bakıda ilk radio qurğusu 1924-cü ildə quraşdırılıb.

1926-cı ildə isə ilk radiostansiya fəaliyyətə başlamışdır. Məhz həmin il noyabrın 6- da ilk radio verilişi efirə çıxmışdır. O dövrdə radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik olub.

Sonradan 1936-cı ildə 35 kVt-lıq radio verici vasitəsi ilə “Respublika” radio proqramı, 1970-cı ildə isə 20 kVt-lıq radio verici vasitəsi ilə “Araz” radio proqramı orta dalğada yayıma başlayıb. 1969-cu ildən bu radio proqramlar “stereo” yayıma keçirilib.

Azərbaycanda ilk televiziya verilişi isə 1956-cı il fevralın 14-də efirə çıxmışdır. Polad bloklardan yığılmış 180 m-lik ilk Televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub. 1956-cı ilin 14 fevralında ilk dəfə TV vericisi vasitəsi ilə ağ-qara təsvirdə AzTV1 proqramı efirə çıxıb.

1957-ci ilin 28 iyununda ilk dəfə olaraq səyyar televiziya vasitəsi ilə Respublika stadionundan canlı yayım həyata keçirilib.

1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM) TV yayıma keçid baş tutub.

İlk dəfə 1997-ci ildən I Respublika və Araz radio proqramlarının Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanıb.

1980-cı ildən başlayaraq televiziya proqramlarının peykdən qəbul sistemlərinin tətbiqinə başlanılıb və Moskva tipli kosmik qəbul stansiyası istismara verilib.

1992-ci ildə Bakı və Ankara arasında və müxtəlif peyklərdən istifadə edilməklə Azərbaycan Respublikasının bir çox ölkələrlə birlikdə peyk rabitə sistemi təşkil olunub.

1996-cı ildə AzTV1, I Respublika və Araz dövlət proqramları əvvəlcə Türksat 1C 420 peyki üzərindən, 2003-cü ildən isə alternativ olaraq Sesat 360 peyki üzərindən yayımı təşkil edilib. Elə bu vaxtdan respublika ərazisinin bütün yaşayış məntəqələrinin dövlət radio-televiziya proqramlarının, həmçinin Avropa, Asiya və Yaxın Şərq dövlətlərində bu proqramın peykdən qəbul imkanı yaradılıb.

20 dekabr 2016-cı il tarixində ölkə ərazisində analoq TV yayımlar tam dayandırılıb və rəqəmli TV yayımına keçid tam başa çatdırılıb.

Hazırda ölkədə əhali yaşayan ərazilərin 99,7 faizi rəqəmli TV yayımla əhatə olunub.

Ölkə ərazisində 100-dən çox radio-televiziya yayım stansiyasında istismar olunan 126 radioverici vasitəsi ilə 13 ümumrespublika radioproqramı FM diapazonunda yayımlanır.

2012-ci il tarixində Bakı Teleqüllə Kompleksinin 200 m. hündürlüyündə quraşdırılmış, 5 kVT gücündə HD radioverici vasitəsi ilə Bakı şəhərində ilk dəfə olaraq 105 MHs tezliyində “Azərbaycan” radiosu ilə “İctimai” radionun HD formatlı yayımı həyata keçirilib.

2016-cı ilin avqust ayından ölkədə ilk dəfə olaraq, Bakı şəhəri və Abşeron yarımadası ərazisində DAB standartı ilə rəqəmli radionun test yayımına başlanılıb.

Hazırda Bakı şəhəri və Abşeron yarımadasının istənilən nöqtəsində 218,6 MHs (11B) tezliyində bir paketdə 12 radio proqramın rəqəmli qəbulu mümkündür.

Rəqəmli radio yayımı radiotezlik spektrindən daha səmərəli istifadəyə, radiosiqnalın daha inamlı qəbuluna, bir tezlik zolağında informasiyaların video, qrafik və mətn şəklində ötürülə bilməsinə imkan verir.

Cenevrədəki Avropa Yayım Birliyində fəaliyyət göstərən, DAB standartlı rəqəmli radio yayımı üzrə dünyada ən nüfuzlu təşkilat olan “WorldDAB Forumu”nun məlumat bazasında və https://www.worlddab.org rəsmi internet informasiya ehtiyatında Azərbaycanda DAB standartlı rəqəmli radio yayımına başlanılmasına dair məlumatlar yerləşdirilib. Belə ki, Avropanın aparıcı dövlətlərinin də yer aldığı və cəmi 27 ölkənin adı olduğu siyahıya Azərbaycanın da adı daxil edilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma