Milli Xalça Muzeyi Qarabağa aid xalça xəritəsi və zinət əşyalarının fotoları ilə paylaşıb

Azərbaycan Milli Xalça Muzeyi Facebook səhifəsində Qarabağın xalça xəritəsini və zinət əşyalarını nümayiş edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, tarixən Qarabağda istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövgünü əks etdiriblər.

“Şanlı ordumuz torpaqlarımızı azad edərək Qarabağ xalça sənətimizi də öz el-obasına qaytarır. Qız-gəlinlərimiz öz yurdlarına qayıdıb yenidən biri-birindən nəfis xalçalar toxuyacaqlar. İndi isə Azərbaycanın “Qarabağ xalça xəritəsi”ni təqdim edirik. Xəritənin tamamlanmasını səbrsizliklə gözləyirik!”, – deyə statuslardan birində qeyd edilib.

Digər paylaşımda Milli Xalça Muzeyi Qarabağa məxsus olan milli zinət əşyalarından birini təqdim edib.

Azərbaycan əhalisinin geyim mədəniyyətində tarixən bəzək və zinət əşyaları xüsusi yer tutub. Bunlardan biri olan metal kəmərlərdən əsasən Şimali Azərbaycanda, həmçinin Qarabağda yayılmış “aynalı” kəmərdir.

“Muzeyin Şuşa filialına məxsus olan bu “aynalı” kəmər düzbucaqlı seqmentlərdən təşkil  olunmuş qadın kəməridir. Seqmentlərdən hər biri güzgü altlıq üzərində zərif gümüş ornamentlərlə örtülmüşdür və eksponatın adı da məhz bundan irəli gəlir. Fiqurlu toqqa isə şəbəkə texnikası və rəngli qaşlarla bəzədilmişdir. 1987-ci ildə Şuşada muzeyin filialı açılıb. 1992-ci ildə Şuşa erməni qəsbkarları tərəfindən işğal olundu. İşğaldan bir qədər öncə muzeyin əməkdaşları bu kəmər də daxil olmaqla eksponatların əksəriyyətini Bakıya gətirməyə müvəffəq olublar. Hazırda bu nümunə Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyasında nümayiş olunmaqdadır və biz əminik ki, yaxın gələcəkdə adı çəkilən kəmər çoxlu sayda digər eksponatlar kimi Şuşaya – öz evinə qayıdacaqdır!”, – deyə statusda bildirilib.  

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma