Məcburi köçkünlər dogma yurdlarında dövlət dəstəyi ilə bizneslərini quracaqlar – FOTO

Onlar müzəffər Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi ərazilərimizdən olan özünüməşğulluq proqramı iştirakçılarından bir qrupudur.  

 TIME Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatına istinadən bildirir ki Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Xocavənd rayonlarından olan, 30 ilə yaxın davam edən yurd-yuva həsrətinə son qoyulmuş bu vətəndaşlar indi “Artıq biz məcburi köçkün deyilik!” sözlərini qürurla səsləndirirlər.

Məcburi köçkün olduqları dövrdə isə həmişə dövlətin qayğısını hiss etdiklərini deyir, özünüməşğulluq proqramı əsasında onlar üçün kiçik ailə bizneslərinin yaradılmasından da razılıq edirlər. Doğma torpaqlarına öz ailə biznesləri ilə qayıdacaqlarını, orada öz təsərrüfatlarını daha da inkişaf etdirəcəklərini bildirirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən əsasən həssas əhali qruplarından olan şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işləri davam etdirilir.

Proqramın icrası zamanı əlilliyi olan şəxslər, şəhid ailələri, ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplarla yanaşı,  məcburi köçkünlərə də üstünlük verilir. Bu ilin ötən dövründə proqrama cəlb olunanlardan 1305 nəfəri məcburi köçkünlər olub. Onlardan əksər hissəsinə mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılıb.

2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin  kiçik biznesə çıxışının təmin edilməsi işləri aparılır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma