Kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) təşkilatçılığı ilə kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verilir.

 TIME Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi məlumatına istinadən bildirir ki, məqsəd ölkədə kibertəhlükəsizlik sahəsi üzrə gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.

“Cisco” Şəbəkə Akademiyasının tədris proqramı əsasında təşkil olunacaq təlimlərə kibertəhlükəsizlik istiqamətində karyera qurmaq istəyən şəxslər qatıla bilərlər.

İlk təlim “Kibertəhlükəsizliyə giriş” mövzusunu ehtiva edəcək, 16 noyabr tarixindən etibarən onlayn formatda və bir ay müddətində keçiriləcək. 

Sonda iştirakçılar “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin və “Cisco” Şəbəkə Akademiyasının sertifikatlarını əldə edəcəklər.

Bu link vasitəsilə təlim haqqında ətraflı məlumat əldə etmək və iştirak üçün qeydiyyatdan keçmək mümkündür. Qeydiyyat 10 noyabr saat 23:59-da başa çatacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma