Azərbaycanda qızıl və gümüşün qiymətində bahalaşma müşahidə olunur.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, noyabrın 2-də qızılın qiyməti ötən həftənin sonuna olan məlumatla müqayisədə 1 unsiya üçün 0,35% artaraq 3 197,1305 manat, gümüşün qiyməti isə 1 unsiya üçün 1,69% bahalaşaraq 40,5757 manat təşkil edib.
Qeyd edək ki, Mərkəzi Bankın məlumatına nəzər saldıqda görürük ki, son bir ayda qızılın qiymətində cüzi ucuzlaşma (0,6%) müşahidə olmasına baxmayaraq, platinin və palladiumun qiymətləri nəzərə çarpacaq dərəcədə, müvafiq olaraq 4,4% və 2,6% ucuzlaşaraq 66,6485 manat və 102,085 manat təşkil edib
Gümüşün qiyməti isə əksinə son bir ayda bir unsiya üçün 1,1% bahalaşıb. Son bir ilə nəzər saldıqda görürük ki, bir unsiya qızılın qiyməti 24,5% bahalaşıb.
Beynəlxalq ekspertlərin bu ilin əvvəlində verdiyi proqnozlara əsasən qeyd etməliyik ki, ilin sonuna kimi bu qiymət artımı ən azı illik 25%-ə çatacaq.