Prezident İlham Əliyev növbəti zəfər xəbərləri ilə paylaşıb

Bu dəfə işğaldan Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bir neçə kəndi işğaldan azad edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ümumilikdə qeyd edilən rayonların 8 kəndi işğaldan azad edilib.

“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, – deyə dövlət başçısı “Twitter” səhifəsində  paylaşım edib.

Leave a Reply