İzmirdə zəlzələdən 65 saat sonra 3 yaşlı qız uşağı xilas edilib

Ötən həftə İzmirdə baş vermiş  növbəti zəlzələ qardaş Türkiyənin kədərinə səbəb olub.

TIME Anadolu Agentliyinə istinadən bildirir ki, 2 Noyabr səhəri etibarilə Türkiyənin İzmir şəhərində 6.6 bal gücündə zəlzələ qurbanlarının sayı 79 nəfərdir. 963 qurbandan 743 nəfəri xəstəxanalardan çıxarıldı və 219 nəfər müalicə altındadır.

Hazırda şəhərdə hələdə axtarış-xilasetmə işləri davam edir və zəlzələdən 65 saat sonra İzmirdə 3 yaşlı Elif Perinçek yaşayış binalarından birinin dağıntıları altından çıxarıldı. Uşaq, dağıntılar altından xilasedicilər tərəfindən çıxarılan Türkiyənin qərbindəki 106-cı sakin oldu. Qız yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.

Daha sonra bir itin həyataı qurtarılıb. Səkkiz yaşayış binasının dağıntıları üzərində axtarış-xilasetmə işləri davam edir. Bu gün dağılmış evlərdən birinin dağıntılarının altından “Ares” adlı bir it çıxarılıb. İt müalicədən sonra sahibinə təhvil veriləcək.

İzmir’deki depremde çöken Rıza Bey Apartmanı enkazından “Ares” adlı köpek 65 saat sonra sağ salim çıkarıldı. ( Abdullah Doğan – Anadolu Ajansı )

Leave a Reply Cancel reply