Ötən həftə İzmirdə baş vermiş növbəti zəlzələ qardaş Türkiyənin kədərinə səbəb olub.
TIME Anadolu Agentliyinə istinadən bildirir ki, 2 Noyabr səhəri etibarilə Türkiyənin İzmir şəhərində 6.6 bal gücündə zəlzələ qurbanlarının sayı 79 nəfərdir. 963 qurbandan 743 nəfəri xəstəxanalardan çıxarıldı və 219 nəfər müalicə altındadır.
Hazırda şəhərdə hələdə axtarış-xilasetmə işləri davam edir və zəlzələdən 65 saat sonra İzmirdə 3 yaşlı Elif Perinçek yaşayış binalarından birinin dağıntıları altından çıxarıldı. Uşaq, dağıntılar altından xilasedicilər tərəfindən çıxarılan Türkiyənin qərbindəki 106-cı sakin oldu. Qız yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.
Daha sonra bir itin həyataı qurtarılıb. Səkkiz yaşayış binasının dağıntıları üzərində axtarış-xilasetmə işləri davam edir. Bu gün dağılmış evlərdən birinin dağıntılarının altından “Ares” adlı bir it çıxarılıb. İt müalicədən sonra sahibinə təhvil veriləcək.
