Ermənistan beynəlxalq hüquq normalarına və bəşəri mənəvi dəyərlərə məhəl qoymur

Ötən həftə Azərbaycanın dinc əhalisi Ermənistan silahlı qüvvələrinin növbəti qanlı cinayətinin qurbanı olub.

TIME rəsmi mənbələrə istinadən bildirir ki, cəbhə bölgəsində və siyasi meydanda məğlubiyyəti ilə barışa bilməyən  Ermənistan artıq beynəlxalq hüquq normalarını və bəşəri mənəvi dəyərləri pozmağı gözə alıb.

Belə ki, artıq düşmən Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayətlər yetməmiş kimi diplomatik korpusların nümayəndələrinin və rəhbərlərinin olduğu əraziləri də raket atəşinə tutmağa çəkinmir.

Belə ki, oktyabrın 29-da saat 13.50 radələrində Azəbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin dövlət rəsmiləri ilə birgə Tərtərə səfəri zamanı humanitar atəşkəs rejimini növbəti dəfə kobudcasına pozan Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutub.

Azərbaycan Ermənistanın bu addımını qəti surətdə pisləyib və beynəlxalq ictimaiyyətə qarşı təcavüz aktı kimi dəyərləndirib.

Qeyd etdiyim kimi, Gəncədə törətdiyi hərbi cinayətlər qana susamış Ermənistan silahlı qüvvələrinə yetərli olmayıb və bu dəfə  Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutublar. Regionlarımızda yaşayan dinc əhalini atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib və məhv edilib.

“Human Rights Watch” bəyan edib ki, Ermənistan silahlı qüvvələri Bərdəyə hücum zamanı beynəlxalq səviyyədə istifadəsi qadağan olunmuş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növündən istifadə edib.

Qeyd edilib ki, təşkilat zərbələrin endirildiyi yerdən yerli və beynəlxalq jurnalistlərin, sakinlərin çəkdiyi foto və video görüntüləri təhlil edib.

Hadisə yerində kaset sursatlı “Smerç” raketi və paraşütlü qəlpə-fuqas raketinin qalıqları müəyyən edilib.

Təşkilata məlum olduğu qədər, Ermənistan ordusunda “Smerç” çoxgövdəli raket qurğuları mövcuddur. Çox böyük ehtimalla qeyd etmək olar ki, bu hücumu məhz Ermənistan ordusu həyata keçirib. Ermənistan kaset sursatlarından istifadəni dayandırmalıdır.

“Bu rəhmsiz silahın beynəlxalq hüquqla qadağan olunmasının çox səbəbi var. Bu silahdan şəhərin mərkəzində istifadə olunması insanlarına həyatına və beynəlxalq hüquqa qarşı çox kobud etinasızlığın göstəricisidir”,- deyə təşkilat bəyanatında qeyd edib.

Bəyanatda qeyd olunur ki, təşkilatın nümayəndələri zərbənin qeydə alındığı 2 məkanı yoxlayıb, ümumilikdə 6 video, 28 fotoşəkli nəzərdən keçirib.

Qeyd edək ki, oktyabrın 27-i və 28-də Bərdəyə hücum zamanı 26 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.

Ermənistan silahlı qüvvələrinin ağır artilleriya zərbələri nəticəsində təkcə  Bərdə rayonunun Qarayusifli kəndində 5 fərdi yaşayış evinə ciddi ziyan dəyib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib. Düşmən tərəfinin atəşləri nəticəsində 13 nəfər mülki şəxs xəsarət alıb, 4 nəfər həlak olub, həlak olanlar arasında məktəbli qız uşağı da olub.

Bərdə şəhərinə səfər edən Baş prokuror Kamran Əliyev deyib ki, Ermənistan daim sakinlərə qarşı atəş açmaq, terror törətməklə məşğul olub.

Onun sözlərinə görə, bu günə kimi dünyada heç bir belə əməl cavabsız qalmayıb.

“Ermənistanın bu cür əməllərinə qarşı cavab veriləcək və onlar gec-tez məsuliyyətə cəlb ediləcəklər. Azərbaycanda törədilən bu teror aktı onun döyüşdə olan uğurları ilə bağlıdır. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan hər dəfəsində döyüşlərdə uğurlar əldə etdikdə, Ermənistan hakimiyyəti bizim dinc insanlara qarşı terror törətməyi əmr edir. Ancaq bilin ki, bu günə kimi dünyada heç bir belə əməl cavabsız qalmır. Ermənistanın bu cür əməllərinə qarşı cavab veriləcək və onlar gec-tez məsuliyyətə cəlb ediləcəklər. Bununla bağlı istintaq davam etdirilir. Təqsirkar şəxslər məsuliyyətə cəlb olunacaqlar. Bütün dünyada bu cür terror hadisələri ilə bağlı sonda nəticə olub və biz də inanırıq ki, həmin şəxslər cəzasız qalmayacaq”, – deyə K. Əliyev öz rəyini bildirib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma