Azərbaycanda koronovirusdan vəfat edənlərin sayında kəskin artım müşahidə olunur- TƏHLİL

Azərbaycanda koronovirusdan (COVID-19) son bir sutka ərzində 13 nəfər vəfat edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, son məlumata əsasən 596 yeni yoluxma faktı qeydə alınıb, 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 13 nəfər vəfat edib.

Statistikaya nəzər saldıqda qorunur ki, oktyabrın ikinci ongünlüyündən koronavirusa yoluxma halları kəskin şəkildə artıb. Belə ki, oktyabrın 10-da virusa yoluxanların sayı gün ərzində 200 nəfər idisə artıq 29-u onların sayı 1000 nəfərdən artıq idi, beləliklə oktyabrın son həftəsində virusa yoluxanların sayı 30-35% artıb.

Eyni tendensiyalara virusa yoluxanlar arasında ölənlərin sayında da müşahidə edilir. Belə ki, oktyabrın əvvəlində bir həftə ərzində virusa yoluxma nəticəsində ölənlərin sayı 13 nəfər təşkil edirdisə, ötən ayın son həftəsi ərzində onların sayı 45 nəfərə çatıb, bu gün isə biz növbəti antirekordun (13 nəfər vəfat edib) şahidiyik.

Virusun coğrafi lokasiyasına nəzər saldıqda görürük ki, virusun ən çox yayıldığı ərazilər hələdə Bakı (55,2%) və Abşeron rayonudur (14,5%). Daha sonra yoluxma statistikasına görə Aran rayonları (10,6%), Gəncə-Qazax zonası (6,7%), Lənkəran (4%) virusun daha çox yayıldığı bölgələrdir. Şimal zonasında virusa yoluxma halları nisbətən daha azdır (0-3%-dək).

Belə ki, Şəki-Zaqatala zonasının payına ölkədə ümumi yoluxanların sayının 2,9%, Quba-Xaşmaz zonasının payına – 2,5%, Dağlıq Şirvanın – 1,6%, Yuxarı Qarabağın – 1,1%, Naxşıvanın – 0,08%  təsadüf edir.

 Bakıda virus daha çox Binəqədi (14,6%), Xətai (12,7%), Yasamal (11,6%), Sabunçi (11,5%) rayonlarında yayılıb. Bakıda virusun ən az yayıldığı ərazilər Pirallahı (0,3%) və Səbayildır (4,8%).

Qeyd edək ki, ən çox yoluxma halları 50-59 (21%) və 30-39 (18%) yaş qrupuna aid olan insanlarda müşahidə edilir, lakin 60-69, 40-49 və 20-29 yaşında insanlar arasında da virusa yoluxanlar azlıq təşkil etmir bu yaş qruplarında virusa yoluxma halları müvafiq olaraq 16%, 15% və 14% təşkil edir.

Uşaqlar və yeniyetmələr arasında virusun o qədər də çox yanılmadığı deyilsə də, Azərbaycanda statistik göstəricilərə əsasən demək olar ki, 0-19 yaşadək azyaşlı və yeniyetmələrin arasında yoluxma hallarının toplama olaraq  ümumi yoluxma sayında payı 13%-dir, lakin mütəxəsislərin müşahidlərinə görə bu qrupa aid olanlar virusu daha yüngül və fəsadlarsız keçirirlər.

Ən az yoluxma halları 70-80 yaşlı ahıl insanlar arasında rast gəlinir – cəmi 6%, lakin bu qrupa aid olan insanların daha çox xroniki xəstəliyi olduğu üçün onlar xəstəliyi daha ağır keçirirlər.

Ümumi yoluxanların sayında 54%-i qadınlar, 46%-i kişilərdir, və bu dünyada müşahidə olunan statistika ilə ziddiyyət təşkil edir. Belə ki, dünyada bir çox ölkələrdə kişilər arasında virusun yayılmasına və vəfat etməsinə daha çox müşahidə olunur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma