Azərbaycan ordusu daha 12 kəndi işğaldan azad edib

Azərbaycan Prezidenti xalqımızı zəfər müjdələri ilə sevindirir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Prezident İlham Əliyev rəsmi “Twitter” hesabındakı paylaşımlarında Qubadlı,  Xocavənd, Cəbrayıl, Zəngilan rayonlarının işğal altında olan kəndlərinin azad edildiyini qeyd edib.

“Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, – deyə dövlət başçısı qalibiyyət sevinci ilə bölüşüb.

Leave a Reply