Ermənistanın Qubadlıdaki bölmələri məhv edilib

Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrimiz atəşə tutulub.

TIME Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadən bildirir ki, oktyabrın 20-də saat 17:00 radələrində Ermənistan ordusu tərəfindən Goranboy və Tərtər rayonlarının ərazisi raket-artilleriya atəşinə tutulub.

Buna baxmayaraq, bu gün axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Oktyabrın 20-də saat 19.30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi üzərində məhv edilib.

Daha sonra, Qubadlı istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun artilleriya bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələri məhv edilib.

Leave a ReplyCancel reply