Azərbaycan Prezidenti: Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib

Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub.

TIME bildirir ki, bu məlumat ilə Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında bölüşüb.

Dövlət başçısının digər tvitinə asəsən, bu çirkin əməllər nəticəsində ölən və yaralananlar var. Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib

Belə ki, Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun bir sıra kəndləri azad edilib.

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!”, – deyə Azərbaycan prezidenti zəfər xəbəri ilə bölüşüb.

Qeyd edək ki, oktyabrın 17-ə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə və Cənubi Qafqazın ən iri su elektrik stansiyası yerləşdiyi Mingəçevir şəhərinə raket atəşi açıb. Nəticədə Gəncədə gecə yatdıqları yerdə onlarla insan xəsarət alıb, qadınlar və azyaşlı uşaqlar demək olar ki, qətlə yetirilib. Buna cavab olaraq Azərbaycan ordusu ölkəmizin dinc sakinlərini və strateji önəm daşıyan infrastrukturu müdafiə etmək məqsədi ilə düşmənin hərbi mövgelərini məhv edib.

Beynəlxalq təşkilatların müraciətlərindən sonra 18 oktyabr 00.00-dan başlayaraq humanitar atəşkəs elan edilib, lakin buna baxçayaraq Ermənistan tərəfi atəşkəsə növbəti dəfə məhəl qoymayaraq Azərbaycan tərəfini atəşə tutmaqda davam edib və layiqli cavab alıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma