Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərlərini növbəti dəfə atəşə tutub.
TIME Müdafiə nazirliyinin rəsmi məlumatına istinadən bildirir ki, Gəncədə baş verən hadisə yerindən yayımlanan telereportajlara əsasən 20 yaşayış evi dağıdılıb.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb ki, Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub. Ölənlər arasında 2 uşaq da var.
Birmənalı şəkildə bu hərbi cinayət və terror aktıdır.