Gəncə şəhərində erməni terroru nəticəsində ölənlərin sayı 13-ə çatdı- FOTO

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması ilə bağlı cinayət işi açıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, verildiyi kimi, Gəncənin mərkəzi hissəsinin bu gecə raket atəşinə tutulması nəticəsində 13 nəfər həlak olub, 45-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən həlak olan və  zərərçəkmiş şəxslərin, həmçinin mülki infrastruktur obyektlərinin, nəqliyyat vasitələrinin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin dinc sakinlərə təcavüzü nəticəsində günü gündən artır və dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların qınağına tuş gələn ölkə Azərbaycan xalqına qarşı terror aktları törətməkdən çəkilmir.

İctimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma