Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməkdə davam edir.
TIME Prezident İlham Əliyevin şəxsi Twitter hesabında yerləşdirdiyi tvitə istinadə bildirir ki, bu dəfə Xocavənd rayonunun bir sıra kəndi işğaldan azad edilib.
“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, – deyə Prezident İlham Əliyev Twitter-də yazıb.
Qeyd edək ki, dünən Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edib.
