Təhsil Nazirliyi və TƏBİB koronovirus və tədris prosesi ilə bağlı aktual sualları cavablandırıblar

Nazirlər Kabineti yanında Operativ Qərargah Təhsil naziri Emin Əmrullayevin və TƏBİB-in şöbə müdiri Yaqut Qarayevanın iştirakı  ilə  brifinq keçirib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, brifinqdə Emin Əmrullayev qeyd edib ki, oktyabrın sonu, noyabrın əvvəlində aztəminatlı 12 min tələbənin təhsil haqqı ali məktəblərə ödəniləcək.

Onun sözlərinə görə, 15 mindən çox tələbənin təhsil xərclərinin maliyyələşdirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, nazir ölkədə sentyabrın 27-dən etbarən internetə qoyulan məhdudiyyətin tədris prosesinə təsiri haqda açıqlama verib. E. Əmrullayevin sözlərinə əsasən, həftədə 15 saat əyani dərsin teledərslərlə effekti nazirliyə qənaətbəxş nəticələr əldə etməyə kömək edir.

Nazir onu da deyib ki, bir çox bölgələrdə internetlə və şagirdlərdəki avadanlıqlarla bağlı problemlər var: “27 sentyabrdan sonra ən uyğun platformaları müəyyən etmişik”.

Brifinqdə orduya gedən tələbələrin, qayıtdıqdan sonra təhsillərini davam etdirə biləcəkləri bildirilib.

Nazirin sözlərinə görə, könüllü hərbi xidmətə yollanan tələbələr qayıtdıqdan sonra, təhsillərini davam etdirə biləcəklər.

“Bunula bağlı heç bir məhdudiyyət yoxdur. Əsas arzumuz həmin tələblərin sağ-salamat geri qayıtmasıdır”, – deyə o qeyd edib.

Tədbir çərçivəsində E. Əmrullayev bildirib ki, Nazirlər Kabineti məktəblərdə karantin deyil, tətil elan edib.

Onun sözlərinə əsasən, qərarda repetitorluq fəaliyyətinə qadağa qoyulmayıb və qaydalara əməl etmək şərtilə repetirotlar fəaliyyət göstərə bilərlər.

Nazir onu da qeyd edib ki, məktəblərin fəaliyyətə başlaması koronovirusun yayılmasına təsir göstərməyib, çünki cəmi xəstələnənlərin cəmi 25% məktəbdə yoluxub.

Öz növbəsində  Yaqut Qarayeva koronovirus ilə mübarizə, testlərin yüksək qiymətləri və virusa qarşı peyvəndlərin ölkəmizə gətirilməsi kimi mühüm məsələlərə toxunaraq bildirib ki,  Azərbaycan koronavirusa qarşı peyvəndin hazırlanması ilə bağlı dünyada gedən prosesləri yaxından izləyir və bununla bağlı çoxtərəfli və ikitərəfli platformalarda iştirak edir.

Y.Qarayeva qeyd edib ki, dünyada bir neçə peyvənd namizəd kimi təsdiq olunub, lakin onların insanlarda istifadəsi zamanı hansısa mənfi məqamlar ortaya çıxıb.

“Hələki dünyada elə bir vaksin yoxdur ki, bütün mərhələləri bitsin və beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunsun. Belə bir vaksin olacaqsa, biz onu gətirən birinci ölkələrdən olacağıq”, – deyə o bildirib.

Rusiyada istehsal olunan peyvəndlərin Azərbaycana gətirilməsi məsələsinə toxunan Y.Qarayeva qeyd edib ki, Rusiyada istehsal olunan peyvəndlər də namizəd peyvəndlər siyahısındadır və beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir.

“Əgər beynəlxalq təşkilatlar tərəfindən tam təsdiq olunarsa, Azərbaycan onların da gətirilməsi barədə düşünə bilər”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma