Təhsil müəssisələri tətilə bağlanılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 396 №li Qərarına əsasən ölkədə təhsil müəssisələrində iki həftəlik tətil elan edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qərara əsasən Azərbaycan ərazisində 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək:

– məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilir;

– məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti dayandırılır.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə və özəl təhsil müəssisələrinin təsisçilərinə Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsinin təmin edilməsi tapırılır.

Leave a Reply Cancel reply