Bakı Metropoliteninin fəaliyyəti dayandırılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 395 №li Qərarına əsasən Bakı Metropoliteninin fəaliyyəti müvəqqəti olaraq dayandırılır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti 2020-ci il 19 oktyabr saat 00:00-dan 2020-ci il 2 noyabr saat 06:00-dək dayandırılır.

Qeyd edək ki,  bu günədək Bakı Metropolitenində karantin rejiminin qaydalarına uyğun olaraq sərnişindaşıma fəaliyyətinin 2 noyabr saat 06:00-dək yalnız həftə sonları dayandırılması nəzərdə tutulurdu.

Leave a Reply Cancel reply