Ermənistan Tərtərdə dəfn mərasimində kütləvi qətl törədib

Bütün dünya ictimaiyyəti, xüsusilə hansı dinə mənsub olmasından asılı olmayaraq, bütün din xadimləri Tərtərdə dəfn mərasimində iştirak edən mülki insanların öldürülməsini qətiyyətlə pisləməlidirlər.

Trend-in verdiyi məlumata əsasən, bu açıqlamanı Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, Azərbaycandakı din xadimləri də bu məsələnin dünya üçün ictimailəşməsinə yardım etməlidirlər.

İlahiyyatçı qeyd edib ki, dəfn mərasimində iştirak edənlərin öldürülməsi böyük faciədir və bu, Ermənistanın faşist rejiminin mahiyyətini bir daha ortaya qoyur.

Ermənilər tərəfindən mülki əhalinin atəşə tutulmasının ilk dəfə olmadığını, belə halın dəfələrlə olduğunu vurğulayan Ş.Həsənli qeyd edib ki, bu halın özü ermənilər üçün müqəddəs heç nəyin olmadığını bir daha sübut edir:

“Onlar son günlər ərzində uşaq, qadın demədən, mülki əhalini raket zərbələrinə məruz qoyurlar. Bu, heç bir müharibə qaydalarına uyğun deyil. Ermənilər bir çox hallarda dindən istifadə edirlər, kilsələrini döyüş nöqtəsinə çevirirlər, din xadimlərini təcavüzkar siyasətə cəlb edirlər. Bu dəfə də dəfn mərasiminə gələnləri atəşə tutmaqla həm Allah qarşısında günaha yol veriblər, həm də bütün humanist prinsipləri tapdalayıblar.

Ona görə hesab edirəm ki, bütün dünya ictimaiyyəti, xüsusilə hansı dinə mənsub olmadından asılı olmayaraq, bütün din xadimləri bu hərəkətləri qətiyyətlə pisləməlidirlər. Çünki dinlər insanları sülhə, əmin-amanlığa çağırır. Amma bunlar dindən istifadə edərək öz təcavüzkar siyasətlərinə bəraət qazandırmağa çalışırlar”.

Qeyd edək ki, bu gün saat 13 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi keçirilərkən qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində həmin zaman orada olan şəhər sakinləri 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu və 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak olmuş, Məmmədov Fizuli Əli oğlu, Əmirov İsgəndər Yelmar oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma