Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir-FOTO

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, oktyabrın 14-dən 15-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi vəziyyət gərgin olaraq qalıb.                

Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksi, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Düşmənin canlı qüvvəsi, döyüş texnikası, silah-sursatı, yanacağı tükənmək üzrədir.

Hərbi İnformasiya Mərkəzində Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri üçün təşkil olunan brifinqdə Azərbaycan Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev mülki əhalini hədəfə alan Ermənistan silahlı qüvvələrinə məxsus operativ-taktiki komplekslərin taktiki xüsusiyyətləri və onların imkanları barədə məlumat verib.

Düşmənin silahlanmasında olan taktiki və operativ taktiki raket sistemlərinin hədləri barədə fotoslaydlar əsasında məlumat verən İ.Əliyev diqqətə çatdırıb ki, oktyabrın 11-də Mingəçevir və Gəncə şəhərlərinə zərbələr endirilib. Fotoşəkillərdən də göründüyü kimi, əgər bu raket atılsaydı, o hətta Bakının da ətrafına düşə bilərdi. Burada böyük infrastrukturlar daxil olmaqla zərbə endirilə bilərdi. Ötən gün bu sistemlər Dağlıq Qarabağ ərazisinə keçsəydi, həmin sistemlərin atəş məsafəsi Bakını da ötə bilərdi.

General-mayor İ.Əliyev bildirib ki, 300 kilometr atış məsafəsinə malik “Elbrus” ballistik raketi kifayət qədər ön cəbhəyə gətirildiyi zaman Bakı şəhərinə çatacaq uçuş məsafəsinə də malikdir. Əgər Dağlıq Qarabağ ərazisinə o gətirilsəydi, hansı dağıntılara səbəb ola biləcəyi aydın təsəvvür etmək mümkündür. Əldə edilmiş kəşfiyyat məlumatları əsasında Dağlıq Qarabağda yerləşən 1-ci ümumqoşun ordusunun tərkibində belə hərbi hissənin olmadığını bilirik. Bu silah Ermənistanın 71-ci raket alayının tərkibindədir. Həmin hərbi hissə Stepanavan şəhərində yerləşir.

Sonra hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilən həmin sistemlərin döyüş mövqeyi tutduğu, köməkçi avtomobillərin də yaxınlaşdığı və raketlərin atışa hazırlandığı əks olunan video nümayiş olunub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma