Dövlət Ermənistanın Gəncəyə raket hücumu nəticəsində valideylərini itirmiş uşaqların sosial ehtiyaclarını qarşılayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları işğalçı Ermənistan tərəfindən Gəncə şəhərinə raket hücumu nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşdülər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, faciədən dərin sarsıntı keçirən 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseynin  sosial-psixoloji vəziyyətlərinin qiymətləndirilməsi aparılıb. Onların zəruri sosial-psixoloji xidmətlə təmin olunmaları üçün mütəxəssis ayrılacaq.

Hər iki valideynini və nənəsini itirən 2 yaşlı Nilayın, hazırda himayəsində yaşadığı ailənin də sosial ehtiyaclarına uyğun işlərin aparılması nəzərdə tutulur.

Azərbaycan dövləti bütün vətəndaşlarının, o cümlədən bu kateqoriyadan olan və xüsusi qayğıya ehtiyac duyan vətəndaşların daim yanındadır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma