Azərbaycan Prezidenti xalqımıza yeni müjdələr verib

Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı qarış-qarış geri alır.

TIME Prezident İlham Əliyevin şəxsi Twitter hesabında yerləşdirdiyi tvitə istinadə bildirir ki, növbəti mərhələd Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının bir sıra kəndləri işğaldan azad edilib.

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, – deyə Prezident İlham Əliyev Twitter-də yazıb.

Leave a Reply Cancel reply