Düşmən təcavüzü nəticəsində daha bir ümumi təhsil müəssisəsi dağıntılara məruz qalıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, belə ki, oktyabrın 14-də Erməni Silahlı Qüvvələri tərəfindən Tərtər rayonu və kəndləri ağır artilleriyadan atəşə tutulması nəticəsində Düyərli kənd ümumi orta məktəbinə ziyan dəyib. Məktəbin həyətinə top mərmisinin düşməsi nəticəsində təhsil müəssisəsinin tədris korpusu yararsız hala düşüb.
Qeyd edək ki, bu günədək 40-a yaxın ümumi təhsil müəssisəsinə düşmən təcavüzü nəticəsində zərər dəyib.
Son günlər müşahidə olunan hərbi gərgiunlik nəticəsində dinc əhali arasında yaralananlar olub və həlak olanlar olub. Yaralananlardan 10 nəfəri məktəblidir. Ömər Mehdiyev Gəncə şəhəri 32 nömrəli tam orta məktəbin 2-ci, Səlim Mustafazadə həmin məktəbin 11-ci, Murad Cavadov 3-cü, Dinarə Muradova 2-ci, Rauf Muradov 4-cü, Hüseyn Əliyev 3-cü, Sevinc Rəhimova 6-cı sinif şagirdləridir.
Aysu Əliyeva isə Gəncə şəhəri 20 nömrəli tam orta məktəbin 10-cu, Şəfa və Şəmiddin Şirinovlar 25 nömrəli tam orta məktəbin 6-cı və 7-ci sinfində təhsil alırlar.