Azərbaycanın dinc əhalisi hələdə təhlükədədir

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozmağa davam edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu gün səhər saatlarından etibarən Azərbaycanın bir sıra rayonunun ərazisi yenidən atəşə tutulub.

Nəticə olaraq Tərtər, Ağcəbədi, Goranboy, Tərtər və Ağdam Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc əhaliyə təcavüzünü davam edib.

Ermənistanın hücumlarına məruz qalan Azərbaycannın dinc əhalisinin yaşadığı stress və çətinliklər beynəlxalq media qurumlarının nəzərindən qaçmayıb.

Belə ki, Trend-in verdiyi məlumata əsasən, BBC telekanalının müxbiri Göktay Koraltan Ermənistan atəş açdığı dinc sakinlərlə bağlı paylaşım edib.

Jurnalist bildirib ki, Tərtərin atəşə tutulmasına baxmayaraq, sakinlərin öz torpaqlarından çıxmaq istəmədiyini deyirlər.

“Biz cəbhəyanı ərazi olan Tərtərdə atəşkəsdən əvvəl 62 yaşlı Aybəniz Cəfərovanı və onun altı aylıq nəvəsi Farizi gördük. Atəşə tutulmalarına baxmayaraq, o, getməkdən imtina edib. “Dağlıq Qarabağda qələbəni gözləyirik” – deyə paylaşımda qeyd olunub.

Leave a Reply