Azərbaycan banklar assosiasiyası adından saxta məktublar göndərilir!

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin təxribat törətmək məqsədilə Azərbaycan Banklar Assosiyasiyasının adından saxta məktublar göndərdiyini qeydə alıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Telegram, WhatsApp və  digər kanallar vasitəsilə vətəndaşlara göndərilən saxta məktubda guya Azərbaycan banklarının kiberhücumlara məruz qaldığı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılanadək bank müştərilərinin hesablarının müvəqqəti dondurulacağı bildirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər.

Azərbaycan Banklar Assosiyasiyasının rəsmi saytında yerləşdirilən məlumat və onun adından göndərilən saxta məktub əlavə olunur.

Elektron təhlükəsizlik xidməti, bu kimi hallarla üzləşdikdə, 1654 qaynar xətti, http://www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanına müraciət etməyi xahiş edib.

Leave a Reply